• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb

COP29 çərçivəsində
22.11.2024 14:33
Noyabrın 22-də "Azərsun Holdinq” ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında mühüm tərəfdaşlıq memorandumu imzalanıb. 


Bu əməkdaşlıq çərçivəsində "KOB-ların Yaşıl İqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsi”nə qoşulmaq barədə razılıq əldə olunub.


Memorandum COP29 və "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilir.


İmzalanma mərasimində KOBİA-nı İdarə Heyətinin sədri Orxan Məmmədov, "Azərsun Holdinq”i isə Müşahidə Şurasının sədri Abdolbari Gozal təmsil edib.


Memorandumun məqsədi iqlim dəyişmələri, yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat və yaşıl sahibkarlıq sahəsində əməkdaşlıq və birgə fəaliyyəti təşviq etməkdir. 


Tərəflər ətraf mühitin sağlamlaşdırılması, maarifləndirmə və davamlı inkişaf istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.


"Azərsun Holdinq” uzun illərdir iqlim dəyişikliklərinə qarşı mübarizə, sağlam ekologiya və yaşıl iqtisadiyyatın inkişafı naminə ardıcıl addımlar atır.


Bu memorandum vasitəsilə şirkət öz öhdəliklərini bir daha təsdiq edir və KOBİA ilə birlikdə davamlı gələcək üçün yeni təşəbbüslərə imza atmağı planlaşdırır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
COP29 çərçivəsində
COP29 14:33
COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb
Fermerlərin quraqlığa davamlı taxıl bitkilərinə marağı artır
COP29 17:26
Fermerlərin quraqlığa davamlı taxıl bitkilərinə marağı artır
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilir - Canlı
COP29 12:33
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilir - Canlı
COP29 Blue zonada çay təminatçı
COP29 18:05
COP29 Blue zonada çay təminatçı "Azerçay"-dır
Son 10 ildə təbii fəalkətlər dünya iqtisadiyyatına iki trilyon dollar ziyan verib
COP29 16:47
Son 10 ildə təbii fəalkətlər dünya iqtisadiyyatına iki trilyon dollar ziyan verib
Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində 2 panel üzrə müzakirə aparacaq
COP29 15:49
Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində 2 panel üzrə müzakirə aparacaq
COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq
COP29 11:45
COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq
COP29 Yaşıl Zona üzrə biletlərin əldə edilməsi mümkün olacaq
COP29 16:53
COP29 Yaşıl Zona üzrə biletlərin əldə edilməsi mümkün olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol