Üçüncü devalvasiya olacaq?

09:50 | 30.09.2017
Üçüncü devalvasiya olacaq?

Üçüncü devalvasiya olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın növbəti devalvasiya ilə bağlı yayılan söz-söhbətləri təkzib edib. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Əliyev virtualaz.org-a bildirib ki, deyilənlər həqiqəti əks etdirmir.

Sabah 3-cü devalvasiya olacaq?

Xatırladaq ki, AMB ötən gün ölkədə fəaliyyət göstərən kommersiya banklarına müraciət edib. Müraciət qurumun İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin adından milli ödəniş sisteminin iştirakçılarına ünvanlanıb.

Müraciətdə deyilir ki, dövlər büdcəsində daxilolmaların və xərclərin kütləviliyi, hesablaşmaların başa çatdırılmasının zəruriliyi nəzərə alınaraq ölkədə daxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədi ilə sabah bank sistemi üçün rəsmi iş gün elan olunub. Ödəniş sistemləri üzrə 30 sentyabr 2017-ci il yeni əməliyyat günü hesab edilir. Bu xəbər əhali arasında sabah manatın kəskin şəkildə dəyərdən düşə biləcəyi fikri yaradıb. Çünki milli valyutanın 2015-ci il fevralın 21-də həyata keçirilmiş 34%-lik ucuzlaşdırılması məhz şənbə gününə təsadüf etmişdi.

Namiq Əliyev əlavə edib ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov virtualaz.org-a müsahibəsində manatın kursu ilə bağlı gözləntilər haqda danışıb: "Yadınızdadırsa, Elman Rüstəmov avqust ayında verdiyi həmin müsahibəsində bildirmişdi ki, başqa valyutalarla nisbətdə manatın məzənnəsi ən azı ilin sonuna kimi sabit qalacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM