• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

D 18 hərəkatı fəaliyyətini dayandırıb

D 18 hərəkatı fəaliyyətini dayandırıb
11.09.2023 07:52
Demokratiya 1918 Hərəkatı fəaliyyətini dayandırıb. Bu barədə Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədli sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Demokratiya 1918 Hərəkatının 10 sentyabr 2023-cü ildə keçirilən növbədənkənar qurultayında səs çoxluğu ilə hərəkatın fəaliyyətinə xitam verilməsi qərara alınıb.

"Ölkədəki anti-demokratik sistem və onun yaratdığı siyasətsizlik mühiti hər hansı bir formada siyasi fəaliyyəti mümkünsüz edir. Bunun qarşısında isə resurs məhdudluğu müsbət dəyişikliklər edilməsi üçün adekvat cavab imkanını məhdudlaşdırır. Bütün bu səbəblərdən ötrü artıq siyasi səhnədə hər hansı bir qurumun siyasi iddia irəli sürməsi və təşkilatlanması öz əhəmiyyətini itirir. İnanırıq ki, obyektiv və subyektiv səbəblər yetişdikdən sonra siyasi dəyişikliklərin rəhni olacaq təşkilatlar yenidən ortaya çıxacaqdır”, - açıqlamada vurğulayıb.

Demokratiya 1918 Hərəkatı 2013-cü ilin martında yaradılıb. 

İlk sədri Ruslan İzzətli olub. 2021-ci ilin sentyabrın 18-də "D-18” hərəkatının qurultayı keçirilib. Qurultayda yeni sədr Əhməd Məmmədli seçilmişdi

Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol