Rusiyada keçirilən dünya çempionatında ilk dəfə qolsuz bərabərlik qeydə alınıb.
Anews,az apasport.az-a istinadən xəbər verir ki, C qrupu çərçivəsində baş tutan Danimarka - Fransa matçında qapılara top vurulmayıb.
Bununla mundiallar tarixində yeni rekord rəsmiləşib. Belə ki, buna qədər keçirilən 36 görüşün hamısında qol vurmaq mümkün olmuşdu. Sonuncu dəfə ardıcıl ən çox oyunda qol vurulan turnir 1954-cü ildəki dünya çempionatına təsadüf edirdi. İsveçrədəki həmin mundialın ardıcıl 26 görüşündə azarkeşlər qol izləyə bilmişdilər.
DÇ-2018-in geridə qalan 37 matçında qapılara ümumilikdə 97 qol vurulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !