• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Daha 2 marşrut xətti müsabiqəyə çıxarılır

Daha 2 marşrut xətti müsabiqəyə çıxarılır
05.02.2025 18:50
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 156 və 158 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA-dan məlumat verilib.

Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqə üçün sənədlər 6 mart 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 156 nömrəli şəhərətrafı (Hökməli qəsəbəsi – "Memar Əcəmi” metrostansiyası ("Beton yol” əlaqələndirməklə)) və 158 nömrəli şəhərətrafı (Xocəsən qəsəbəsi – "Memar Əcəmi” metrostansiyası) avtobus marşrutları üzrə 2 Lotda aprelin 4-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Cəmiyyət 21:33
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Cəmiyyət 21:28
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:11
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
Cəmiyyət 20:38
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 19:30
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Cəmiyyət 18:45
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Vardanyan aclıq aksiyasını dayandırıb
Cəmiyyət 18:25
Vardanyan aclıq aksiyasını dayandırıb
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Cəmiyyət 18:19
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol