Azərbaycanın daha beş idmançısı dopinq testdə ilişib.
Oxu.Az xəbər verir ki, atletika ilə məşğul olan Zaman Pirverdiyev, boksçu Nəbi Əbdüləzimov, güləşçilər – Cavid Feyziyev, Azər Hüseynov və velosipedçi Osman Qəhrəmanovun dopinq testi müsbət nəticələnib.
Furosemid maddəsinə yaxalanan Nəbi Əbdüləzimov ilyarımlıq cəzalandırılıb. Yanvarın 30-da cəzası qüvvəyə minən idmançı bir də yarışlarda gələn ilin iyulun 30-dan etibarən gücünü sınaya biləcək.
Stanozol maddəsi tapılmış Cavid Feyziyev, eləcə də metasteron və drostanolon maddəsi qəbul etdiyi müəyyənləşmiş Azər Hüseynov dörd illik cəza alıb. Hər iki idmançının cəzası yanvarın 18-dən hesablanır və diskvalifikasiya müddəti 2022-ci ilin yanvarın 18-də başa çatacaq.
Qanında meldonium və tuaminoheptan tapılmış Osman Qəhrəmanov iki illik sanksiya ilə üzləşib. Maraqlıdır ki, velosipedçimizin sanksiyasının başlanma tarixi ötən ilin iyulun 12-dən hesablanmağa başlayıb. Bu cəza gələn ilin iyulun 12-də bitəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !