Daha beş ölkə Rusiyaya qarşı sanksiya tətbiq etdi

22:51 | 26.05.2014
Daha beş ölkə Rusiyaya qarşı sanksiya tətbiq etdi

Daha beş ölkə Rusiyaya qarşı sanksiya tətbiq etdi

Onlar Rusiyaya qarşı viza və iqtisadi məhdudiyyətlər tətbiq edilməsi barədə elan veriblər.

Çernoqoriya, İslandiya, Norveç, Albaniya və Lixtenşteyn Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyanı dəstəkləyən ölkələr siyahısına qoşulublar.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) diplomatiyasının başçısı Ketrin Eştonun adından yayılmış məlumatda bildirlir. 

Çernoqoriya və İslandiya AB-yə girməyə namizəd ölkələrdir, Albaniya potensial namizəddir, Norveç və Lixtenşteyn isə Avropa iqtisadi zonasının və Avropa azad ticarət assosiasiyasının üzvüdür. 

Bu dövlətlər AB-nin “qara siyahısına” düşmüş Rusiya məmurlarına, iş adamlarına və şirkətlərinə qarşı viza və iqtisadi məhdudiyyətlər tətbiq edilməsi barədə elan veriblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti