Gədəbəy rayon Mərkəzi Xəstəxanasının Tibbi Təcili Yardım şöbəsinin həkimi İsmət Məmmədov COVİD-19-dan dünyasını dəyişib.
Anews.az xəbər verir ki, İ.Məmmədov koronavirusa 15 gün bundan öncə yoluxub. O, Bakıda COVİD-19 üçün ayrılmış xəstəxanalardan birində müalicə alırdı. Bir neçə gün idi ki, süni tənəffüs aparatına qoşulmuşdu. Dünən gecə saatlarında vəfat edib.
Allah rəhmət etsin!
Zaur Qənbərov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !