Daha bir hərbçimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən Müddətdən Artıq Hərbi Qulluqçu, kiçik çavuş Anar Siyavuş oğlu Nurullayevin şəhid olduğu müəyyənləşib.
Bu barədə "Qafqazinfo”ya şəhidin əmisi Ziya Nurullayev məlumat verib. O qeyd edib ki, hərbçi sabah doğulduğu kənddə torpağa tapşırılacaq: "Bizə Müdafiə Nazirliyindən məlumat verilib ki, şəhidimizin nəşi bu gün Sabirabad rayonuna göndəriləcək. Sabah saat 14:00-da isə doğulduğu Osmanlı kəndində dəfn olunacaq”.
Qeyd edək ki, Anar Nurullayev 2001-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində dünyaya gəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 