Daha bir icra başçısı 200-lə gedir — "AA-001" - VİDEO

21:29 | 02.03.2018
Daha bir icra başçısı 200-lə gedir —

Daha bir icra başçısı 200-lə gedir — "AA-001" - VİDEO

Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır.

Bir müddət əvvəl mətbuatda Mingəçevir şəhərinin icra başçısının xidməti avtomobilinin magistrlar yolda 180 km/saat sürətlə hərəkət etdiyini əks etdirən video yayılmışdı. İcra hakimiyyəti sonradan ölkə.az-a açıqlama verərək az qala öz əməllərinə haqq qazandırmağa çalışırdı.


Reportyor.tv-nin yaydığı videoya görə, bu dəfə fevralın 28-da, saat 10:25 radələrində çəkilmiş görüntülərdə Ağstafa rayonunun birinci şəxsi, icra başçısı Məhərrəm Quliyevin "05-AA-001" dövlət nömrə nişanlı xidməti avtomobili ilə qanunən saatda 110 km/saat sürət həddi olan yolda 180-200-lə hərəkət etdiyi əksini tapıb.

Həmin videonu təqdim edirik:
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti