Bunu virtualaz.org-a hərbi ekspert, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Əbuzər Əbilov deyib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra qeyri-bank kredit təşkilatı "Para" ASC-nin şəhidə qarşı iddiası geri çağırılmışdı.
"Və budur, indi Bank of Baku Qarabağ müharibəsinin iştirakçısını məhkəməyə verib. Simuzər Ağakişiyeva 1992-ci ildə cəbhəyə getmişdi, indi bank onunla- dörd uşaq anası, şəhid arvadı ilə məhkəmə çəkişməsi aparır və artıq ödənmiş kredit üzrə onu yeni ödəməyə məcbur etməyə çalışır", - Ə.Əbilov bildirib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin özəl və dövlət strukturlarına veteranlara, əlillərə, həmçinin Qarabağ müharibəsində öz yaxınlarlarını itirmiş ailələrin üzvlərinə kömək göstərmələri ilə bağlı konkret tapşırığı var. "Belə təəssürat yaranır ki, banklar hakimiyyəti tanımır və prezidentin tapşırığına məhəl qoymurlar", - ekspert vurğulayıb.
Polkovnik-leytenant deyib ki, o özü də maliyyə müəssisələrinə aid olan problemlərlə rastlaşır: "Mən kiçik kredit üzrə ödəniş edirəm: pensiyamı alır və ödəmələrimi edirəm. Bəzən pensiyanın alınmasında kiçik, məsələn iki günlük, ləngimələr olur. Bank dərhal cərimələr əlavə edir. Bundan başqa, kollektorlar zəng vurur, pul tələb edirlər. Halbuki kreditin ödənməsi şərtlərini necəsə yüngülləşdirməyə söz vermişdilər, amma... "otkat" müqabilində. Yəni onlarda hər şey pula söykənir".
"Biz, Qarabağ müharibəsi veteranları sosial şəbəkələrdə aktivik, bizim öz qruplarımız var. Biz hamınız istənilən vaxt ölkənin çağırışı və ürəyimizin səsi ilə cəbhəyə yola düşməyə hazır olan vətənpərvərlərik. Və biz haqsızlığa, eləcə də Azərbaycan banklarının prezident İlham Əliyevin tapşırıqlarına ən azı məhəl qoymamalarına qarşıyıq. Biz dövlət başçısına, birinci vitse-prezidentə, Milli Məclisin deputatlarına müraciət hazırlayır və orada dövlət başçısının tapşırıqlarına açıq etinasızlıq bəsnəlidiyi barədə faktları göstərmək istəyirik", - Ə.Əbilov sonda qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !