Daha bir şok: Səkkiz uşaq bıçaqlanaraq öldürüldü

14:11 | 19.12.2014
Daha bir şok: Səkkiz uşaq bıçaqlanaraq öldürüldü

Daha bir şok: Səkkiz uşaq bıçaqlanaraq öldürüldü

 Sidneydəki kafeyə basqınının şokundan hələ ayılmayan Avstraliya daha bir hadisə ilə sarsılıb

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, ölkənin Cairns şəhərindəki bir evdə yaşları 1,5 ilə 15 arasında dəyişən səkkiz uşağın cəsədi tapılıb. Məlumata görə, hadisənin üstü şəxsiyyəti naməlum bir şəxsin Cairns polisinə telefonla etdiyi zəngdən sonra açılıb. Polisə zəng zamanı evdə yaralı bir qadın olduğu da bildirilib. 34 yaşlı qadının uşaqların anası olduğu deyilir. Uşaqların bıçaqlanaraq öldürüldüyü məlum olub.

Daha bir məlumata görə isə evdə yaşayan uşaqların ögey atası hadisədən sonra itgin düşüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM