Paytaxtda daha bir yol təmirə bağlanıb.
ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Yolun bağlanması Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
İşlərin 01.03.2015-ci il 18:00-a kimi yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !