Daha iki ölkə DÇ-2018-ə vəsiqəni təmin etdi

11:15 | 06.10.2017
Daha iki ölkə DÇ-2018-ə vəsiqəni təmin etdi

Daha iki ölkə DÇ-2018-ə vəsiqəni təmin etdi

Azərbaycanla birgə C qrupunda yer alan Almaniya yığması səfərdə Şimali İrlandiya komandasına 3:1 hesabı ilə qalib gələrək 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib. 

anews.az-ın xəbərinə görə, almanların heyətində Sebastyan Rudi (2-ci dəqiqə), Sandro Vaqner (21) və Yozua Kimmix (86) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə Coş Medcennis vurub. Qrupun digər oyunlarında Azərbaycan Bakıda Çexiya yığmasına 1:2 hesabı ilə uduzub, Norveç millisi isə səfərdə San-Marinonun qapısından 8 cavabsız top keçirib.

Öz növbəsində, doğma meydanda Sloveniyanı son dəqiqələrdə Harri Keynin vurduğu qolla məğlub edən İngiltərə yığması da F qrupundan DÇ-2018-ə vəsiqə qazanıb. İkinci pillədə qərarlaşan Şotlandiya komandası ingilislərdən 6 xal geri qalır.

Bununla da, mundial sahibi Rusiyadan əlavə DÇ-2018-ə Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya və İngiltərə vəsiqəni təmin ediblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM