Dağlıların Bakıda məskunlaşmaları, artıq bir əsrdən çoxdur. 1900-cu ildə istifadəyə verilən Biləcəri-Dərbənd dəmir yol xəttinin Cənubi Qafqazı Şimali Qafqaz və ölkənin başqa rayonları ilə birləşdirirməsi nəticəsində Xızı-Bərmək mahalının əhalisinin Bakıya, Tiflisə, Moskvaya və başqa böyük şəhərlərə köç etməsinə, gəlib-getməsinə səbəb olub. Bu mahaldan Bakıya köçüb gələnlər paytaxtın qərbində, onun yuxarı hissəsində, Çəmbərəkənd ilə Həmşəri palanının arasındakı ərazidə böyük sahəni əhatə edən "Dağlı məhəlləsi”ni təşkil ediblər. Elə o vaxtdan bu günə qədər də sözügedən ərazi "Dağlı məhəlləsi”, həmin ərazinin əzəli sakinləri də "dağlı” adlandırılmağa başlayıb.
Oxucuların diqqətinə Bakının qədim məhəllələrindən bəhs edən fotosessiyanı təqdim edirik. ANN.Az-ın fotomüxbiri bu dəfə "Dağlı məhəlləsi" kimi adlanan yerdə olub. Fotolar Yasamal rayonu ərazisində, köhnə "Yasamal" bazarının yuxarı hissəsində yerləşən məhəllədə çəkilib. Əvvəllər Bakının müxtəlif yerlərində yaşayan dağlılar 1950-ci illərdə tədricən Yasamal rayonuna köç etməyə başlayıblar. Bu məhəllənin adamları özlərinin "Dağlı çörəyi" ilə daha çox məşhurdurlar. Əvvəllər onlar çamış, inək saxlayıb şəhər əhalisini təzə süd-qatıq məhsulları ilə təmin edərdilər. Hazırda bu adətə riayət olunmasa da, "Dağlı çörəyi"nin bişirilməsi və satılması ənənəsi qorunub saxlanılır.
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !