Dağlıq ərazilərdə yaşayan icmalar iqlim təsirlərindən kəndləri tərk edir

11:14 | 17.11.2024
Dağlıq ərazilərdə yaşayan icmalar iqlim təsirlərindən kəndləri tərk edir

Dağlıq ərazilərdə yaşayan icmalar iqlim təsirlərindən kəndləri tərk edir

Dağlıq ərazilərdə yaşayan icmalar iqlim dəyişikliyindən daha çox əziyyət çəkir. Bunu Dağ-Mədən İnkişafı Beynəlxalq Mərkəzinin  (ICIMOD)rəhbəri David Potter Bakıda keçirilən COP29 tədbirində deyib.

"Dağətəyi ərazilərdə yaşayan icmalar iqlim təsirlərindən daha çox əziyyət çəkir. Su qıtlığı problemi yaranır. İcmalar yaşadığı əraziləri tərk edir bununla da icmaların mədəniyyəti itir. Hindistanda bir çox kəndlər şəhərlərə üz tutur və nəticədə şəhərlərdə çirklənmə daha da artır. Maliyyə ayırmaqla bu peoblemlərin həllini tapa bilərik",- Potter bildirib.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü keçirilir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM