"Türkiyə Azərbaycan üçün yalnız dost deyil, həm də strateji tərəfdaşdır."
"Report" xəbər verir ki, bu barədə Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdikləri mətbuat konfransında Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bildirib.
Nazir Azərbaycanın regionun sürətlə inkişaf edən ölkələrindən biri olduğunu vurğulayıb. "Biz Azərbaycana regionda çox böyük önəm veririk. Biz Azərbaycanın yanındayıq və hər zaman onun yanında olacağıq" - F. Sinirlioğlu deyib.
Nazir qeyd edib ki, işğal olunmuş ərazilər problemi Azərbaycan üçün çox vacib məsələdir və Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çağırır. "Bu münaqişənin həlli bütün regionun inkişafına yol açacaq", - Türkiyə XİN başçısı bildirib.
O, həmçinin iki ölkənin enerji sahəsində səmərəli əməkdaşlıq etdiyini və əsas ticarət tərə
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !