Dana ətinin qiymətinə görə ölkələrarası sıralamada Azərbaycan neçənci yerdədir?

17:33 | 05.02.2024
Dana ətinin qiymətinə görə ölkələrarası sıralamada Azərbaycan neçənci yerdədir?

Dana ətinin qiymətinə görə ölkələrarası sıralamada Azərbaycan neçənci yerdədir?

2024-cü ilin yanvarına dana ətinin qiymətinə görə Azərbaycan 80 ölkə arasında 51-ci yerdə qərarlaşıb. Bu barədə məlumat GlobalProductPrices.com-da qeyd olunub.
 
Bu sıralamaya görə, Azərbaycanda 1 kiloqram dana ətinin qiyməti 10,58 dollardır.

Dana ətini ən bahadan ucuza sıralanmasınada qonşu ölkələrdən Qazaxıstan, Rusiya və Türkiyə Azərbaycandan daha yuxarı sırada yer alıb.
 
Qazaxıstan dana ətinin qiymətinin 11,06 dollar olması ilə 43-cü, Rusiya 12,97 dollar ilə 35-ci, Türkiyə isə 17,35 dollar  ilə 15-ci sıradadır.

Dana ətinin qitmətinin 62,70 dollar olan İsveçrə bu sıralamada 1-ci yerdədir, sonuncu yerdə isə 2,60 dollar qiymətlə Nigeriyadır.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM