Anews.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi danışılmış oyunlarda şübhəli bilinən futbolçularla bağlı qərarını açıqlayıb.
Birinci divizionda çıxış edən "Ağsu”, "Turan Tovuz” və "Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
Turan Tovuz (I Divizion)
1.Qocayev Sənan – futbolçu
2. Rüstəmov Misir – futbolçu
3. Bağırov Emin – futbolçu
4. Sadıqov İlkin – futbolçu
5. Məmmədov Rüfət – futbolçu
6. Tağıyev Eltay – futbolçu
7. Quluzadə Şahin – futbolçu
Ağsu (I Divizion)
1. Kərimov Rəşad – İcraçı direktor
2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi
3. Hacıyev Ənvər – klubun işçisi
4. Əliyev Ramil – futbolçu
5. İbrahimov Vüsal – futbolçu
6. Əmrahov Qalib – futbolçu
7. Əliyev Elçin – futbolçu
8. Əliyev Məhəmməd – futbolçu
9. Həşənov Şamo – futbolçu
10. Mirzaliyev Ruslan – futbolçu
11. Quliyev Orxan – futbolçu
12. Rəhimov Fərrux – futbolçu
13. Həşimov Elçin – futbolçu
14. Babayev Malik – futbolçu
15. Kərimov Ramil – futbolçu
16. Mustafayev Vüsal – futbolçu
17. Məmmədov Kənan – futbolçu
Zirə (I Divizion)
1. Əliyev Səbuhi – futbolçu
Uğur FK (region liqası)
1. Məhərrəmov Cəmşid – futbolçu
Ağsu Siti (region liqası)
1. Alhüseynli Tuqay – futbolçu
Alyans FK (region liqası)
1. Rəhimli Cəmil – futbolçu
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.
(Baku.ws)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !