Yanvarın 26-da böyük
uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı”nın 25-ci ildönümü tamam oldu və bu əməliyyatın qurbanı
olmuş insanların yaxınları, döyüş yoldaşları Şəhidlər Xiyabanında anım mərasimi keçirdilər.
Qeyd edək ki, Şuşanın 3 kilometrliyində yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyatda ordumuz 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti isə indiyədək itkin düşmüş hesab olunur. Beləcə, 1992-ci il yanvarın 25-də axşam saat 20:00 radələrində başlayan əməliyyat yanvarın 26-sı axşam saatlarında uğursuzluqla sona çatıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !