Daşaltıda yaxın zamanlarda fərdi evlərin tikilməsinə başlanılacaq- Aydın Kərimov

10:10 | 28.06.2024
Daşaltıda yaxın zamanlarda fərdi evlərin tikilməsinə başlanılacaq- Aydın Kərimov

Daşaltıda yaxın zamanlarda fərdi evlərin tikilməsinə başlanılacaq- Aydın Kərimov

Daşaltıda turistlərin cəlb edilməsi üçün zona ayrılıb və yaxın zamanlarda orada fərdi evlərin tikilməsinə başlanılacaq. Bunu Şuşada  Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.


"Şuşada 20 yaxın sahibkara iş görməsi üçün şərait yaradılıb. 10 binanın tikintisi davam edir ki, bunun da 8-nin tikintisi özəl sektorun payına düşür. Həftəsonu Şuşaya gələn turistlərin sayında artım var. Daşaltıda turistlərin cəlb edilməsi üçün zona ayrılıb ki, orada fərdi evlərin tikilməsi üçün sahibkara şərait yaradılacaq",- Kərimov iyunun 28-də Şuşada keçirilən Sahibkarlar üçün yeni imkanlar: Qarabağı Birlikdə Quraq adlı tədbirdə çıxışı zamanı deyib.


Kərimov söyləyib ki, təkcə Qurban bayramı zamanı Şuşaya 13 min turist səfər edib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM