Dava zamanı Nurməhəmmədov, Makqreqor, məşqçilər, polis və mühafizəçilərdən başqa kütlənin arasında heç kimin diqqətini cəlb etməyən daha bir şəxs olub – Devid Martin. O, bu növ döyüşlərin həvəskarı olmaqla yanaşı, həm də UFC ilə əməkdaşlıq edən çirkətin rəhbəridir.
Konorun yerlisi olan Martin Həbibin qalib gəldiyi qarşılaşmadan sonra baş vermiş dava-dalaşın bəzi yeni detallarını açıqlayıb. Birinci sırada oturan və Makqreqoru dəstəkləyən Martin də görüşdən sonra yer almış dava-dalaşa qoşulmalı olub.
"Konor yorulub əldən düşmüşdü, bu zaman Həbibin adamlarından biri ona arxadan zərbə endirdi. Zərbə Konorun gicganını tutsaydı, ölə də bilərdi…”,- deyə Martin Sports.ru-ya açıqlamasında bildirib.
Video görüntülərində parlaq yaşıl rəngli pencəkdə gözə çarpan şəxs məhz Devid Martindir.
"Penəcyin özünün qiyməti cəmi 250 dollardır, dava-dalaş zamanı da zədələnmədi. Amma Həbib Konora tüpürdü, bu zaman mən onu (Konoru – red.) tutub saxlamışdım və nəticədə Həbibin tüpürcəyi pencəyimin yaxalığına düşdü”,- deyə Martin xatırladıb.
mənbə: bizimyol.info
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !