Separatçı rejimin "prezident müşaviri" Davit Babayan Azərbaycana təslim olmaq üçün Xankəndindən Şuşaya gəlir. Bu barədə o öz sosial hesabında paylaşım edib.
"Hörmətli həmvətənlər, dostlar, partiya üzvləri! Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma üçün Bakıya gəlməyimi tələb edib. Bu gün "Stepanakertdən" Şuşaya getmək qərarına gəldim. Təbii ki, bu qərar yaxınlarıma böyük ağrı, təşviş və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər", - o bildirib.
Sentyabrın 27-də Qondarma rejimin keçmiş "dövlət naziri" Ruben Vardaryan Laçın dəhlizini keçmək istəyərkən Azərbaycan Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən saxlanılaraq Bakıda aidiyyatı quruma təhvil verilib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !