Davudoğlu BMT-də Azərbaycan sərhədlərinin qorunmasından danışdı

09:05 | 01.10.2015
Davudoğlu BMT-də Azərbaycan sərhədlərinin qorunmasından danışdı

Davudoğlu BMT-də Azərbaycan sərhədlərinin qorunmasından danışdı

Baş nazir bu məsələdə daha da effektiv olmağa çağırıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 70-ci yubiley sessiyasında çıxışında Türkiyə üçün Azərbaycan sərhədlərinin qorunmasının vacib olduğunu bildirib.

Oxu.Az Hürriyyət-ə istinadən xəbər verir ki, baş nazir BMT Təhlükəsizlik Şurasını bu məsələdə daha da effektiv olmağa çağırıb.

Davudoğlu həmçinin qaçqınların məsələsinə də toxunub. Onun sözlərinə görə, Türkiyə Suriya və İraqdan olan 2,2 milyon qaçqının qəbul edilməsi üçün 8 milyard dollar xərcləyib.

"Türkiyə ən çox qaçqın qəbul edən ölkədir, və bizim qapılarımız həmişə açıqdır. Biz Suriyadan 2 milyondan çox  və İraqdan 200 minə yaxın məcburi köçkün qəbul etmişik. Onların qəbul edilməsi üçün 8 milyard dollar xərcləmişik, xaricdən isə yalnız 17 milyon dollar vəsait ayrılıb”, - baş nazir deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM