Davudoğludan savaş açıqlaması

14:27 | 27.03.2014
Davudoğludan savaş açıqlaması

Davudoğludan savaş açıqlaması

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriya təyyarəsinin vurulmasından danışıb. ANS PRESS-in məlumatına görə, jurnalistin sualını cavablandıran Davudoğlu bunu etməklə Türkiyəni müharibədən kənar tutduqlarını deyib. Onun sözlərinə görə, Suriya təyyarəsinin vurulması Türkiyənin gücünü dünya müstəvisində bir daha nümayiş etdirib. Daha sonra Davudoğlu qeyd edib ki, Suriya təyyarəsinin vurulmasından sonra baş qərargah rəisini təbrik edib və hadisə barədə baş nazir Rəcəb Tayyib Ərdoğanı məlumatlandırıb.“Türkiyə Silahlı Qüvvələrinin gücü ilə yalnız qürur duymalıyıq. Onun gücü tənqid edilə bilməz. Ordumuz bölgə üçün sülhə zəmanət rolunu oynayır. Bu məsələni NATO-nun baş katibinə danışdım. O, da qəti şəkildə bizimlə razı olduqalarını bəyan etdi. Bu Türkiyənin gücünü göstərdi”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti