Daxildən baxış: Avropada milad yarmarkalarıREPORTAJ

21:54 | 30.11.2015
Daxildən baxış: Avropada milad yarmarkaları – REPORTAJ

Daxildən baxış: Avropada milad yarmarkalarıREPORTAJ

Rüstəm Qasımov

Avropa yeni il bayramları ərəfəsində simasını dəyişir. Havadan bayram qoxusu gəlir, ağaclar bər-bəzəklə dekorasiya edilir, mağazaların vitrinləri yeni il şəkilləriylə bəzədilir, şəhərlərin meydanlarında böyük yolka ağacları quraşdırılır, insanlar isə Milad bayramına hazırlaşmağa başlayırlar. 

Noyabrın əvvəlində Vyanada olarkən mənim milad bazarına baş çəkmək imkanım oldu. Belə milad bayramlarının keçirilməsi Avropada ənənəvi xüsusiyyət daşıyır. Bayrama hələ xeyli qalmış şəhərin görüntüsü dəyişməyə başlayır. Noyabrın ortalarından Milada qədər Vyananın əsas küçə və meydanlarında nağılvari bazar yarmarkaları qurulur, insanlar burada təkcə alış-veriş etmirlər, həm də istirahət edir, bir-birləriylə ünsiyyət qururlar. 
 


Milad bazarları müntəzəm surətdə Vyananın ən məşhur memarlıq abidələrinin önündə açılır. Bu barədə məlumatları hətta qəzetlərdən belə almaq olar. Məsələn, ən böyük və məşhur bazarlarından biri Vyana ratuşasının qarşısında açılır. Meydanda 150-dən çox ticarət köşkü sığır, burada ürəyiniz istəyən bir çox şeyi tapa bilərsiniz. Ratuşanın qarşısında qurulan yarmarka xüsusilə gecələr çox gözəl görünür. Bu yarmarkanın simvolu işıldayan kəpənəkdir ("Körpə İsa”). 

Hədiyyələr paylayan "Körpə İsa” adətən parlaq saçlı və mələk qanadları olan elf formasında təsvir olunur. O otaqlara nəfəslikdən və lociyadan daxil olur. Bəzən "Körpə İsa”yla birlikdə mələk də hədiyyələrlə birgə gəlir. Uşaqlar hədiyyə gətirəni şəxsən heç vaxt görmürlər, valideynlər isə deyirlər ki, əgər uşaqlar hədiyyəni kimin gətirdiyinə və yolkanın altına qoyduğuna baxmaq istəsələr, onda "Körpə İsa” gəlməyəcək. Uşaqlar ancaq valideynlər "Körpə İsa”nın artıq çıxıb getdiyini deyəndə, qonaq otağına daxil ola və hədiyyələrini götürə bilərlər.  
 
 

Belə tədbirlər uşaqların böyük marağına səbəb olur. Parklarda xüsusilə onlar üçün atraksionlar, Şaxta Babanın və digərlərinin fiqurları qoyulur. 

Milad yarmarkaları təkcə yerli sakinləri deyil, turistləri də cəlb edir. Bir çox turistlər Milad abu-havasını hiss etmək üçün ilin məhz bu mövsümündə şəhərə gəlirlər. Şəhərdən uzaqda qurulan yarmarkalar da var ki, turistlərin xəbəri olmur, bu yarmarkalarda əsasən vyanalılar olur. 
 


Vyanadakı yarmarkada mən çox maraqlı bir şeylə, azərbaycansayağı bir şeylə qarşılaşdım. Müxtəlif forma və ölçülərdə olan əl işləri arasında mən tamamilə Azərbaycan butasını xatırladan naxışla qarşılaşdım. Vyana bazarında belə bir şeyi görmək çox maraqlı və heyratamiz idi. Bir sözlə, Vyanaya bu ərəfələrdə səfər etsəniz, yarmarkalara baş çəkməyi unutmayın.
 
ANN.Az portalı Vyanada milad yarmarkalarında çəkilən fotosessiyanı təqdim edir. 

Xoş seyrlər: 
 






































































 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM