Teatr qülləsi və miatür tamaşası - "Həyat axarı" - FOTO

18:51 | 24.08.2016
Teatr qülləsi və miatür tamaşası -

Teatr qülləsi və miatür tamaşası - "Həyat axarı" - FOTO

Rüstəm Qasımov

Zənnimcə, Tbilisidə olan bir kimsə mütləq bircə dəfə də olsun, 3 onillik bundan əvvəl dramaturq, rəssam və heykəltaraş Rezo Qabriadzenin qurduğu kukla teatrının yanından keçib. Yeri gəlmişkən, müəllif özü kuklalar düzəldir, pyeslər yazır və bunları öz teatrında göstərirdi.  

Cəmi 80 yerdən ibarət olan bu məşhur və balaca teatr  düz Tbilisinin mərkəzində Şavteli küçəsində 1981-ci ildə Rezo Qabriadzenin özü tərəfindən qurulub. Teatrın ön cəbhəsində Qabriadzenin şüarı qızılı hərflərlə yazılıb: "Təki göz yaşlarımız doğranan soğana görə olsun".
 
30 il ərzindən Rezo Qabriadzenin teatrı öz tamaşalarını dünyanın müxtəlif ölkələrində nümayiş etdirməyə, festivallarda, müsabiqələrdə iştirak etməyə müvəffəq olub. Beləliklə, kukla teatrı bütün dünyada məşhurlaşıb.  

Təəssüf ki, əksər hallarda Tbilisidə bu teatrın tamaşalarına baxmaq mümkünsüz olur, səbəb teatrın daim xarici qastrollarda olmasıdır. İşdi şayət əgər Tbilisidə tamaşaya baxmaq imkanın olsa, gərək biletləri əvvəlcədən alasan, çünki biletlər dərhal satılıb qurtarır.  Tamaşalar gürcü, həm də rus dilində göstərilir, ancaq bunu gərək əvvəlcədən öyrənəsiniz. Yeri gəlmişkən, tamaşa zamanı ingiliscə subtitrlər də yazılır. 

Gürcü rejissor və dramaturq teatrı haqqında bu sözləri deyir: "Mənim arzum reallaşdı - mən rəssamlığa və heykəltaraşlığa yenidən qayıtdım, bu dəfə bir dəfəlik. Mən taleyimə, kuklalarıma və köhnə binanın tutqun künclərində vurnuxan balaca kollektivimə çox minnətdaram".

Maraqlı olan təkcə teatr deyil, həm də kompleksdir. Burada interyerini Rezo Qabriedzenin özünün qurduğu kafe fəaliyyət göstərir. Teatr və kafeni çox maraqlı bir saat qülləsi birləşdirir. Qüllənin cəmi 6 yaşının olmasına baxmayaraq, o artıq şəhərin simvollarından birinə çevrilib. 
 
Bu qüllədə xüsusi olan nədir?! İş burasındadır ki, hər saat tamamlananda qüllədən əlində çəkic olan balaca qanadlı mələk çıxıb zəng çalır. Gündə iki dəfə 12:00 və 19:00-da qüllədə "Həyat axarı" adlı miniatür tamaşanı görmək olar. Ancaq bizim səyahətimiz bu əlamətdar hadisəylə üst-üstə düşmürdü. 
 
Eksteryerə gəldikdə isə, qüllə Rezonun öz əlləriylə hazırladığı orijinal kirəmitlərlə bəzədilib. Qülləyə nar ağacının əkilməsi də maraqlı detaldır. 

Gürcü xadim Rezo Qabriedze qüllənin tikilməsinin necə baş tutmasını danışır. "Tikinti başlayanda, mən sanki zaman maşınında X — XIII əsrlərə getdim, uzaq və möhtəşəm Bizansa. Qüllə ətraf aləmə və zamana uyğun olmalıydı. Masanın üzərində Gürcüstan, Bizans, İtaliya və Rus memarlığı barədə kitablar vardı... Ornamentlər barədə o kitablar ki, Bizans səxavətlə dünyaya qoyub getmişdi. Onlar tutqun olsalar da, bu barədə danışmaq bizə düşməz."

Binanı kim tikəcək? Memarı harda axtarmalı? Biri divardan çıxdı. O birisi avtobusdan düşdü. Birini adı Otar Maqrakvelidze, mənlə həmyaşı adamıydı, 70 yaşlarında, qrup şəkillərində həmişə ən qıraqda dayanan, bütöv çöhrəli bir insan. Gürcüstan tikililərində 50 il vaxt keçirmişdi və 50 ildə işçi kimi. Gözəl karyeradır! Biz dostlaşdıq. İndiyə qədər dostluğumuzu saxlamışıq. İkincisi Avtandil Lejava idi. Onun xaraktercə 1300 və ya 1500 yaşı olar. O susqun və qeyri-konkretdir. Bizim üzümüzə ümumi sakit gülüşlə cavab verir. Danışıqları 5 sözdən ibarət olur. O bizim yanımıza qərbi Gürcüstanda taxtadan kilsə tikdiksən sonra gəlmişdi. Gələndə əlində 12-ci əsrdən qalma alətlər olan çanta vardı. Digərlərini isə arvadı başını yellədə gətirdi. Qalan məsələlərdə mühəndislər, konstruktorlar, memarlar - Zurab Ceparidze, Gela Cangiraşvili, Arçil Caparidze, Kote Odişvili və digərləri kömək etdilər. Onlar mənim rəsmlərimi və ideyalarımı müasir, anlaşıqlı tikinti dilinə çevirdilər. Buna görə onlara çox minnətdaram". 

Qeyd edək ki, Rezo Qabriedzenin kukla teatrının olduğu küçə orijinal evlər  və memarlıq binalarıyla zəngindir. Ona görə də bu heyratamiz məkanda olanda, siz şəhər peyzajlarından estetik zövq ala bilərsiniz. 

(Material hazırlanmasında teatrın rəsmi saytı "gabriadze.com"dan çıxarışlar edilib)

Xoş seyrlər:  
 




































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb