Ukrayna Daxili İşlər nazirinin yeganə oğlu da separatçılara qarşı müharibəyə qoşulub. Axar.az xəbər verir ki, Arsen Avakovun oğlu Aleksandr Avakov “Kiyev-1” batalyonunda döyüşə başlayıb. 25 yaşlı Aleksandrın “Kiyev-1” batalyonunda hərbi formada şəkli sosial şəbəkələrdə paylaşılıb. “Kiyev-1” batalyonu 2014-cü ilin aprelində Ukrayna Daxili İşlər Baş İdarəsi tərəfindən yaradılıb. 423 nəfərdən ibarət batalyon Ukraynanın cənub-şərqində separatçılara qarşı mübarizə aparır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !