Daxili işlər orqanlarında kadr təyinatları olub.
"Report" xəbər verir ki, müvafiq əmrlərə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin (İŞ) 4 müstəntiqinin yeri dəyişdirilib.
Belə ki, idarənin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov, müstəntiqlər - polis kapitanları Anar Məmmədov və Rüfət Allazov Xətai RPİ-nin İstintaq Şöbəsinə müstəntiq təyin olunub.
Sabunçu RPİ-nin İstintaq Şöbəsinin digər müstəntiqi Anar Miralayev isə Səbail RPİ-nin müvafiq şöbəsinə müstəntiq təyin edilib.
Xatırladaq ki, bir neçə ay əvvəl Sabunçu RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əhədov Xətai RPİ İŞ-ə rəis təyin edilmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !