"Pensiyaçı şəxslər üçün bu məbləğ 800 manatdır. Pensiyaya çıxmayan şəxslər üçün 500 manat hesablanıb. Məbləğin artırılması mərhələli şəkildə nəzərdə tutulub. Ümumilikdə isə bu məbləğ 8 dəfəyədək artırılıb”, - nazir noyabrın 27-də Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Bundan əvvəl deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanda dəfn pullarının artırılmasına ehtiyac var.
Hazırda Azərbaycanda dəfn pulu 2023-cü il üçün 500 manat nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !