Uqanda və Konqo Demokratik Respublikasının sərhədində yerləşən Albert gölündə gəminin qəzaya uğraması ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam edir.APA-nın BBC News agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ölənlərin sayı 98-ə çatıb, 41 nəfərin həyatını xilas etmək mümkün olub. BMT-nin Cenevrədə fəaliyyət göstərən qaçqınlarla iş üzrə agentliyinin məlumatına əsasən, gəmidə ümumən 250-yə yaxın adam olub. Gəmidə sərnişinlərin sayının normadan artıq olduğu da bildirilir. Qəza qaçqınlar ailəvi şəkildə Uqandadan doğma yurdlarına, Konqonun şərqinə qayıdarkən baş verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !