• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Dələduzluqda ittiham edilən kanal rəhbəri HƏBS OLUNDU

Dələduzluqda ittiham edilən kanal rəhbəri HƏBS OLUNDU
22.12.2021 13:26
"Bəyaz TV” Youtube kanalının rəhbəri Rüstəmov Bəhram Alməmməd oğlunun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olan müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib və təqsirkar hesab edilən şəxs həbs edilib. 

Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlərlə Bəhram Rüstəmovun özünü müxbir kimi təqdim edərək Samux rayonu ərazisində yerləşən təhsil müəssisələrində guya baş verən qanunsuzluqlarla bağlı yalan məlumatları internet resursunda yerləşdirib yayacağı hədəsi ilə həmin müəssisələrin rəhbərlərindən müxtəlif məbləğlərdə pul tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Bəhram Rüstəmovun Bakıda ayrı-ayrı şəxslərdən, o cümlədən Qarabağ müharibəsi iştirakçılarından onların qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salınmalarına, eləcə də digər vətəndaşdan cinayət məsuliyyətinə cəlb edilmiş tanışının məsuliyyətdən azad olunmasına köməklik göstərilməsi adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alıb onlara qarşı dələduzluq etməsinə, bu hərəkətləri ilə sonuncuları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, ilkin araşdırmalarla Bəhram Rüstəmovun cinayətkar fəaliyyətini həyata keçirmək məqsədi ilə rəhbəri olduğu "Bəyaz TV.Az” MMC-nin nəzdində özünün sədri olduğu Vətəndaş nəzarəti şurası adlı təsisat yaratdığı müəyyən olunmuş, həmin şuranın bölgə təşkilatlarının yaradılması və üzvlərin seçilməsinə dair protokol və qərar nümunələri aşkar olunaraq sübut qismində götürülüb.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanmaqla Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədilən dələduzluq), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda təqsirli şəxslərin, eləcə də Bəhram Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində ziyan dəymiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Cəmiyyət 18:15
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Cəmiyyət 17:45
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Cəmiyyət 17:04
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 16:53
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Cəmiyyət 14:20
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Hərbi qulluqçulara mənzillər verilib
Cəmiyyət 13:54
Hərbi qulluqçulara mənzillər verilib
Hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 13:44
Hava ilə bağlı XƏBƏRDARLIQ
Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 12:03
Sabah 31 dərəcə isti olacaq
Bakıda ev yanıb
Cəmiyyət 09:00
Bakıda ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol