Delmitasiya prosesi praktiki olaraq başa çatır - Nazir

16:04 | 10.05.2024
Delmitasiya prosesi praktiki olaraq başa çatır - Nazir

Delmitasiya prosesi praktiki olaraq başa çatır - Nazir

Azərbaycanla Ermənistan arasındakı sərhəddə dirəklərin quraşdırlaması prosesi başa çatır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib ki, Azərbaycanla Ermənistan arasında Tavuş kəndində başlanan delimitasiya prosesinin 90%-i icra olunub.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir ölkənin müdaxiləsi olmadan iki ölkə arasında razılaşdırma əsasında aparılır.

Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.

 

Gülnar Nazimqızı
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM