Dəm qazından zəhərlənmə faktı artıb

11:18 | 13.12.2013
Dəm qazından zəhərlənmə faktı artıb

Dəm qazından zəhərlənmə faktı artıb

Son günlər paytaxtda dəm qazından zəhərlənmələrlə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) daxil olan müraciətlərin sayı artıb.BŞTTTYS-ın Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, gün ərzində stansiyaya dəm qazından zəhərlənmə ilə bağlı 10-15 müraciət daxil olur. Ötən gün də bir sutka ərzində stansiyaya dəm qazından zəhərlənmə ilə bağlı 15 müraciət edilib. Onlardan 14 nəfər xəstəxanaya çatdırılıb, 1 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib. Müraciətlər əsasən Qaradağ, Nizami, Suraxanı, Binəqədi və Nərimanov rayonlarından daxil olub. Z.Vahidova qeyd edib ki, ötən sutka ərzində paytaxtda 3 yol-nəqliyyat hadisə baş verib. Hadisə nəticəsində 2 nəfər xəstəxanaya çatdırılıb, 1 nəfər - 25 yaşlı gənc isə təcili yardım gələnə kimi dünyasını dəyişib. Ölüm faktı Hövsan ərazisində qeydə alınıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM