Ödəmə terminallarına edilmiş hücumların sayı 31% yüksəlib

18:40 | 22.06.2017
Ödəmə terminallarına edilmiş hücumların sayı 31% yüksəlib

Ödəmə terminallarına edilmiş hücumların sayı 31% yüksəlib

Ötən il ödəmə terminallarına edilmiş hücumların sayı artıb. "Trustwave” informasiya təhlükəsizliyi şirkətinin məlumatına görə, 2016-cı ildə ödəmə terminallarına edilmiş hücumların sayı 31% yüksəlib.
 
Anews.az "ICTnews”a istinadən xəbər verir ki, "Trustwave” şirkətinin ekspertləri tərəfindən bu sahədə araşdırılan hadisələrin 49%-i Şimali Amerika, 21%-i Asiya-Sakit okean regionu, 20%-i Avropa, Orta Asiya və Afrika, 10%-i isə Cənubi Amerikanın payına düşür.

Hücumların 22%-i pərakəndə ticarətlə məşğul olan şirkətlərə, 20%-i isə ictimai qida müəssisələrinə qarşı həyata keçirilib.
 
"Trustwave” şirkəti tərəfindən araşdırılmış hadisələrin 50%-dən çoxu bank kartlarının oğurlanması ilə bağlıdır. 33% halda hakerlər məlumatları kartların maqnit lentlərindən oğurlayıblar, 30% halda isə hücum kart olmadan əməliyyatların keçirilməsi zamanı həyata keçirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM