Dəmiryolu xəttinin asfaltlanması ilə bağlı icra başçısından açıqlama (VİDEO)

20:58 | 18.07.2021
Dəmiryolu xəttinin asfaltlanması ilə bağlı icra başçısından açıqlama (VİDEO)

Dəmiryolu xəttinin asfaltlanması ilə bağlı icra başçısından açıqlama (VİDEO)

Sosial şəbəkələrdə Daşkəsən rayonunda dəmiryolu xəttinin asfaltlandığını əks etdirən görüntülər paylaşılmaqdadır. İddia olunur ki, Daşkəsən Rayon İcra Hakimiyyəti səhvən dəmiryolu xəttini də asfaltlayıb.


Sözügedən məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, iddialar əsassızdır:

"Həmin dəmiryolu sovetlər dövründə filiz kombinatına aparırdı. İndi həmin kombinat ləğv olunub, işləmir. Dəmiryolundan da istifadə olunmur, qatarlar keçmir. Onun heç bir magistral yola aidiyyəti yoxdur.  


Orada "yama” yaranmışdı, avtomobillər dayanıb keçməyə məcbur olurdu. Ona görə həmin ərazi də asfaltlanıb. Relslərin ön və arxa hissələri çıxarılıb, təkcə o hissəsi saxlanılıb.”
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb