Almaniyada "Deutsche Bahn” dəmiryol konserninin əməkdaşlarının keçirdiyi tətil şirkətə 220 milyon avroya başa gəlib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə məlumat verən konsernin rəhbəri Ryudiqer Qrube əməkdaşları tətili dayandırmağa çağırıb:
"Mən sizdən tətili dayandırmağı xahiş edirəm. Bu, zaman və pul itkisidir. İşçilərin əvvəlki tətilləri konsernə 220 milyon avroya başa gəlib”.
Almaniyada 6 günlük növbəti tətil bu həftənin birinci günü başlayıb və işçilər onu şənbə gününədək davam etdirməyi planlaşdırırlar. Tətil nəqliyyat problemi ilə üzləşən milyonlarla insanların həyatına təsir edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !