Demokratik İslahatlar Partiyası seçkidə 45 namizədlə iştirak edəcək

12:34 | 16.09.2015
Demokratik İslahatlar Partiyası seçkidə 45 namizədlə iştirak edəcək

Demokratik İslahatlar Partiyası seçkidə 45 namizədlə iştirak edəcək

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədləri təsdiqləyib. 

Siyasi Şuranın qərarına əsasən seçkilərdə müxtəlif seçki dairələri üzrə partiyanın 45 namizədi iştirak edəcək. Partiya sədri Asim Nazim oğlu Mollazadə isə namizədliyini hazırda deputatı olduğu 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən irəli sürəcək. 

Artıq partiyanın səlahiyyətli nümayəndələri Mərkəzi  Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib. Partiyanın namizədləri ilə bağlı müvafiq sənədlər isə DSK-lara təqdim edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM