Ölkədə aztəminatlı ailələrə ən azı altı ay ərzində yemək pulunun ödənilməsi yaxşı olar. Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
"Təklif edirəm ki, ən azı altı ay müddətində sosial həssas qrupdan olan ailələrə yemək pulu verilsin. Bu təcrübə başqa ölkələrdə də var", - deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Komitə sədri Musa Quliyev deputata cavab olaraq bildirib ki, azətıminatlı ailələr ölkədə sosial yardım alan ailələrdir. Eyni zamanda 1 yaşınadək olan uşaqlara 100 manat müavinət verilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !