• $
  • £

Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər

Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
27.12.2025 23:38

Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəzin fəaliyyətinə dair məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslərin yaradıcı potensialı inkişaf etdirilir.

2021-ci ildə açılışı olan Mərkəzin Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu, burada təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. üzrə təlimlərin təşkil edildiyi bildirilib. Ötən dövrdə müəssisədə, onun İsmayıllı və Bərdədəki filiallarında 900-dən çox şəxsin təlimlərə və sosial-psixoloji dəstək xidmətlərinə cəlb olunduğu qeyd edilib.

Leyla Əliyeva və Alena Əliyeva tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarına hədiyyələr təqdim edilib.

Onlar Mərkəzdə həssas qruplara aid benefisiarların hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Leyla Əliyeva və Alena Əliyevaya Mərkəz və filiallarında hazırlanmış əl işlərindən hədiyyələr verilib.

Hazırda Mərkəz və filiallarında 280-dən çox benefisiarın xidmətlərdən yararlandığı diqqətə çatdırılıb. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bu il Yaponiyada keçirilən “Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisində uğurla təmsil olunduğu, cari ildə Mərkəz tərəfindən daha 150-dən çox inklüziv tədbirin keçirildiyi bildirilib.

Sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı nümayiş etdirilib. Proqram çərçivəsində 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə Mərkəzin təlimçi və benefisiarları musiqi nömrələri ilə çıxış ediblər. Xalq artisti Zülfiyyə Xanbabayeva və Natiq Şirinov da həssas qruplardan olan istedadlarla eyni səhnəni bölüşüblər.

Sonra qonaqlara mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat verilib. Portal vasitəsilə həssas qruplara aid şəxslərin yaradıcılıq nümunələrinin daha geniş auditoriyaya təqdim ediləcəyi, bu layihənin həmin şəxslərin rifahına dəstək məqsədi daşıdığı bildirilib.

Leyla Əliyeva və Alena Əliyeva Mərkəzin təlimçi və benefisiarları ilə səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişlidə avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 23:10
İmişlidə avtomobilin vurduğu piyada ölüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək
Cəmiyyət 22:00
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:48
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub
Cəmiyyət 19:00
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
Cəmiyyət 18:55
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 18:48
Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
Cəmiyyət 18:23
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
10 dəqiqəyə 3 min müraciət: Şagird yerdəyişməsi sistemi niyə yüklənir?
Cəmiyyət 17:20
10 dəqiqəyə 3 min müraciət: Şagird yerdəyişməsi sistemi niyə yüklənir?
Bakıda azyaşlı bacısına qarşı cinayətdə təqsirli bilinən şəxsə 7,5 il həbs verilib - məhkəmə işi
Cəmiyyət 15:36
Bakıda azyaşlı bacısına qarşı cinayətdə təqsirli bilinən şəxsə 7,5 il həbs verilib - məhkəmə işi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol