Belçika parlamentinin qalmaqalları ilə məşhurlaşmış deputatı Loran Lui ölkənin baş naziri Elio Di Ruponu pedofil adlandırdı
Belçika parlamentinin qalmaqalları ilə məşhurlaşmış müstəqil deputatı Loran Lui parlamentin iclasında ölkənin baş naziri Elio Di Rupoya pedofil deyib.
Hökümət başçısının ABŞ prezidenti Barak Obamanın Brüsselə səfərinin xərcləri ilə bağlı Belçikada yaranmış şayiələrlə cavabından qane olmayan L.Lui, "Çox sağ ol, cənab pedofil, çox sağ ol baş nazir" - deyərək reaksiya verib.
Bu ədəbsizlik üzündən təxminən deputatların yarısı zalı tərk ediblər, Palatanın sədri isə sessiyanı yarımçıq kəsmək məcburiyyətində qalıb.
Fasilədən sonra parlamentin sədri iclasın sonuna qədər Luini çıxış etməkdən azad edib və o da buna etiraz əlaməti olaraq zaldan çıxıb.
Homoseksual orientasiyasını gizlətməyən E.Di Rupo həmrəylik jestinə görə deputatalara təşəkkür edib. Artıq 90-cı illərdə pedofilliklə bağlı ona qarşı yalançı ittihamlar irəli sürülmüşdü.
Qeyd edək ki, Loran Lui 1980-ci ildə doğulub və Belçikada pedofilliyə qarşı mübarizəsinə görə də məşhurdur.
ANN.Az