Azərbaycanda gender bərabərliyinin bərpası istiqamətində Məişət Zorakılığının Qarşısının Alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi "Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar. Bunu deputat Zahid Oruc bildirib.
"Hesab edirəm bir sıra təkliflər istiqamətində düşünmək olar. Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilsin. Məişət Zorakılığının Qarşısının Alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi "Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar. Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir. İcbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir. Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar", - deputat oktyabrın 27-də Milli Məclisdə ictimai dinləmə zamanı çıxışında bildirib.
Deputat vurğulayıb ki, qlobal gender bərabərliyi reytinqində Azərbaycan yeri yüksək deyil.
"2022-ci ildə Azərbaycanda 15-17 yaş arası 2011 qız ana olmasına dair
məlumat təşkil edib. Dövlət Statistika Komitəsinin Azərbaycandakı demoqrafik
durumla bağlı 2022-ci ilə dair hesabatında belə qeyd edilib. Hesabatda göstərilir
ki, 18 yaşı tamam olmayan qızların ana olması halları 2021-ci illə
müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər
olmuşdu. 2022-ci ildə
ölkədə baş verən cinayət hadisələri üzrə 25449 zərərçəkmiş şəxs var. Onlardan
7455-i qadın olub. Yəni, ümumi zərəçəkənlərin üçdə biri qədər. Onlardan da
309-u qadınlar olub. Həyacandoğrucu rəqəmlərdir. Ən çox
narahatlıq doğruan hal odur ki, onlardan 24-ü yetkinlik yaşına çatmayıb. Deməli,
gələcəyimiz saydığımız bu sayda azyaşlı qızlar qətl qurbanı olub", - deputat çıxışında qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !