Deputat məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbirlərin aparılmasını təklif edib

15:45 | 21.12.2023
Deputat məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbirlərin aparılmasını təklif edib

Deputat məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbirlərin aparılmasını təklif edib

Məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbirləri milli fəaliyyət planı kimi bütün təbəqələr arasında aparılmalıdır. Bunu Ailə,Qadın,uşaq komitəsininü üzvü Tamam Cəfərova deyib. 
 
"Qanunlar qəbul olunur. Amma sanki bir paradoks var. Dünyada bu gün məişət zorakılığı ilə bağlı epidemiya vəziyyəti yaranır. Maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ehtiyac var. Bu ailəaxili məsələ deyil. Orada travma görən uşaqlar cəmiyyətə çıxır. İntiharların çoxu qadınlar, bir qismi isə uşaqlardır. İntihar edən uşaqlar hamısı məişət zorakılığının qurbanıdır”, - deputat dekabrın 21-də Komitə iclasında ıxışında deyib. 

Deputat bu istiqamətdə tədbirlərin daha da sürətlənməsinin vacibliyini bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM