Deputat minaya düşən şəxslər ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etməyi təklif edib

12:25 | 04.11.2023
Deputat minaya düşən şəxslər ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etməyi təklif edib

Deputat minaya düşən şəxslər ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etməyi təklif edib

Azərbaycan minaya düşən şəxslərin hesabatları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək lazımdır. Bunu Milli Məclisin Ailə,Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova deyib. 

"Azərbaycan dünyada mina təhlükəsinə görə ilk yerlərdən biri tutur. 3 mindən çox ailəyə sosial tibbi ziyan dəyib. Nə qədər insan müalicə alır. Bu 3 mindən çox ailənin travma alması deməkdir. Ermənistanın törətdiyi cinayətlərin bir hissəsidir. Təklif edirəm hesabatlar hazırlansın. Tezliklə beynəlxalq məhkəməyə təqdim etmək lazımdır. Ermənistan cavab verməlidir. Sənədli filmlər çəkilməlidir. Azərbaycan öz problemlərini özü həll edir”, - deputat noyabrın 4-də Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib.

Hicran Hüseynova təklif edib ki, televiziyalarda da sosial çarxların sayını artırmaq yaxşı nəticə verə bilər.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM