Nə vaxta kimi bu camaata qara camaat kimi baxacayıq. Bunu deputat Tahir Kərimli Məclisin cümə günü keçirilən plenar iclasında hökümətin hesabatına münasibət bildirərkən deyib.
"Necə illərdir regonlardakı vəziyyətlə bağlı deyirik. Başı böyük, bədəni balaca adama raxit deyirik. Hazırda Bakı başdır və başı şişib. Bunun üçün hansı tədbirlər görülür? Bu qədər anormal vəziyyət olmaz axı. Bu camaata nə vaxta kimi qara camaat kimi baxacayıq. Mən burada qara camaatın nüaməyndəsiyəm. Elə həmişə deyirik yaxşıdır, axı yaxşı deyil. Bir milyon yaşayırsa, 9 milyon da yaşamalıdır axı. Xahiş edirəm hökümət bu məsələləri diqqətdə saxlasın", - deputat bildirdib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !