Deputatdan həmkarına irad: "Onun içində Xalq Hərəkatına nifrət var..."/VİDEO

13:49 | 14.06.2024
Deputatdan həmkarına irad:

Deputatdan həmkarına irad: "Onun içində Xalq Hərəkatına nifrət var..."/VİDEO

Deputat Sabir Rüstəmxanlı həmkarı Bəhruz Məhərrovun xalq hərəkəatına qarşı olan nifrətini qəbuledilməz adlanıdırıb. Bu barədə deputat iyunun 14-də keçirilən Milli Məclisdəki çıxışında deyib. 
 
"İndi tarixdən xəbərsiz, tarixi bilməyən bəzi cavan dostlarımız başda Bəhruz bəy olmaqla (deputat Bəhruz Məhərrəmov –red.) prosesləri bilmir. Bu xalq bizimdir.Sən bu xalqın tarixinə necə istədiyin kimi ləkə vura bilərsən?! AXC-Müsavat hakimiyyətinin bəli qüsurları olub, tənqid edə bilərsən. Amma müstəqillik aktına biz imza atmışıq, biz imzalamışıq və oturmuşuq burada. Ölüb getməmişik. Ölüb gedəndən sonra ürəyiniz istəyən qədər danışarsınız.
Zəhmət çəkin, götürün Heydər Əliyevin 13-cü cildliyini oxuyun. Onun Xalq Hərəkatına münasibətini oxuyun. Mənim də kitabım var. Bəli səhvlər oldu və Heydər Əliyev gəldi, çox böyük fəlakətdən xalqı qurtardı. Siz indi kor-koranə danışmaqla olmur. Deputat dediyi sözün məsuliyyətini daşımalıdır. Heydər Əliyevi Rəsulzadəyə və ya başqasına qarşı qoymaq lazım deyil. Hərəsinin öz xidməti var. Rəsulzadə 1918-ci ildə bu dövləti yaratmışdı. Bu bayraq, onlar Rəsulzadənin xidməti idi. Tarix ardıcıllıqdır. Bir tarixi inkişaf etdirmək üçün birini böyüdüb, digərini kiçiltmək olmaz. Heydər Əliyev bütün Azərbaycan şəxsiyyətləri ilə fəxr edirdi. Sən indi başdan tutma hər şeyin üzərindən xətt çəkməklə nə qazanırsan?! Ay cavan oğlan, bununla nə demək istəyirsən?! Mən bir dəfə sənə demişdim ki, bu məsələləri deyəndə adam birinci düşünüb sonra danışar, gözünü yumub ağzını açmaz”., - deputat bildirib. 
 
Deputat Bəhruz Məhərrəmov həmkarına cavab olaraq bildirib ki, tənqid və təkliflər qəbulediləndir və carireaksiyalar göstərir ki, "biz hədəfimizə çatmışıq". 
 


 
Gülnar Nazimqızı 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb