Deputat Vahid Əhmədovun tənqidinə NAZİRLİKDƏN CAVAB

Son vaxtlar Milli Məclisdə sosial problemlərlə bağlı məsələ qaldırılır, ancaq onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab vermir. Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında deyib.
www.anews.az
Deputat təklif edib ki, spiker Sahibə Qafarovanın və müvafiq komitələrin iştirakıyla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə görüş keçirilsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov anews.az-a açıqlamasında bildirir ki, millət vəkilləri tərəfindən nazirliyə daxil olan bütün müraciətlərin operativ araşdırılması və cavablandırılması təmin edilir.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Milli Məclis arasında sıx əməkdaşlıq mövcuddur. 2021-ci ildə Milli Məclisdən Nazirliyə daxil olmuş 6367 məktubun hər biri vaxtlı-vaxtında araşdırılaraq cavablandırılıb. Bu əməkdaşlıq həm sosial sahə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi aktların layihələrinin, sosial proqramların müzakirəsi, həm də deputatlarımıza ünvanlanan vətəndaş müraciətlərinin cavablandırılması işlərini əhatə edir. Aidiyyəti məsələlərin parlamentdə müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxsləri həmin müzakirələrdə iştirak edir, millət vəkillərimizin suallarını cavablandırır, müvafiq sahələrə aid deputatların qaldırdıqları məsələləri, təkliflərini öyrənirlər. Milli Məclisin iclaslarında da hörmətli deputatlarımız nazirliyin parlamentlə əməkdaşlığını, bu sahədə operativ fəaliyyətini təqdir ediblər", - o bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bununla bağlı bir neçə dəfə görüş keçirilib və bu məsələyə də baxıla bilər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər