Prezident deyib, Talıbov da istefa verib- Siyavuş Novruzov - VİDEO

17:51 | 21.12.2022
Prezident deyib, Talıbov da istefa verib- Siyavuş Novruzov - VİDEO

Prezident deyib, Talıbov da istefa verib- Siyavuş Novruzov - VİDEO

Deputat Siyavuş Novruzov Vasif Talıbovun istefa verməsinə münsaibət olaraq "hər şey ancaq bir şəxsin yəni prezidentin iradəsindən asılıdır" cavabını verib. 
 
Bunu deputat Musavat TV-nin canlı yayımında jurnalistin sualına cavab olaraq deyib. 
 
 
"Hər şey ancaq bir şəxsin iradəsindən asılıdır. İstefa bu formada olmalıdır. Sakit yolla bütün məsələlər həll olunmalıdır. Azərbaycanda belə proses yoxdur ki, kimsə kiməsə güc göstərsin. Görək, hansı struktur formalaşacaq. Ola bilsin ki, Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunsun. Ola bilər başqa kimsə sədr seçilsin”, - deputat bildirib.

O, jurnalistin "istefa bir şəxsin iradəsindən asılıdır deyirsiniz. Söhbət Vasif Talıbovun iradəsindənmi gedir?” sualına cavab olaraq bildirib ki, bunu deyərkən Prezident İlham Əliyevin iradəsini nəzərdə tutub.

Siyavuş Novruzov aparıcının "Prezident Vasif Talıbova istefa ver dedimi?” sualına isə belə cavab verib.

"Ancaq elə ola bilər”,- debutat bildirib.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb