Qarabağda yaşayan erməniəsilli vətəndaşlar səs verəcəklərmi? - Açıqlama

16:17 | 06.02.2024
Qarabağda yaşayan erməniəsilli vətəndaşlar səs verəcəklərmi? - Açıqlama

Qarabağda yaşayan erməniəsilli vətəndaşlar səs verəcəklərmi? - Açıqlama

Fevralın 7-də növbədənkənar prezident seçkilərində milliyyətindən, dinindən,irqindən asılı olmayaraq vətəndaşlığı olan bütün şəxslər səs verə bilər. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 
 
"Şəxsiyyət vəsiqəsi olan bütün vətədaşların səsverməsi təmin olunur. Biz səsvermədə dinindən,irqindən, milliyyətindən asılı olmayaraq hər kəs üçün seçkidə iştirak etməsi üçün şərait yaradırıq", - Pənahov fevralın 6-da mətbuat üçün keçirdiyi brifinqdə deyib. 
 
Anews.az-ın "neçə erməniəsilli Qarabağ sakininə pasport verilib?" sualının cavabında isə Məzahir Pənahov bildirib ki, bu rəqəmlər Mərkəzi Seçki Komissiyasında yoxdur.
 
"Bu rəqəmlər Daxili İşlər Nazirliyinə məxsusdur. Bizə belə informasiya verilməyib. Bizə ancaq bütün vətəndaşların şəxsiyyət vəsiqəsi olanların siyahısı verilib. Hamısının da adı seçici siyahısında daxil edilib", - sədr əlavə edib.  
 
Hazırda Qarabağda yaşayan erməniəsilli vətəndaşlar var. Bir neə gün öncə ictmai televiziya kanalına müsahibəsində onlar Azərbaycanda qalıb yaşamaq istədiklərini açıqlayıb. 
 
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçki günü Qarabağda Qarabağda 26 seçki məntəqəsi fəaliyyət göstərəcək. Aza olunmuş ərazilərdə 23 mindən çox şəxsin səs verəcəyi gözlənilir.
 
Azərbaycanda sonuncu prezident seçkiləri 2018-ci il olub. Ölkədə prezident seçkiləri 7 ildən bir keçirilir. 
 
N. Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM