• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Deputat vəkillərə ödənilən məbləğin artırılmasını təklif edib

Deputat vəkillərə ödənilən məbləğin artırılmasını təklif edib
13.11.2023 15:53
Vəkilə bir iş üzrə orta hesabla 115 manat ödəniş edilir ki, həmin məbləğin də 30% vergi, sığorta və digər xərclərə ödənilir. Bunu deputat Bəhruz Məhərrəmov deyib.  

Deputat bildirib ki, Prezidentin tapşırığından sonra bu məbləğin dəyişdirilməsi zəruriliyini yaranıb. 
 
"Prezident məsələyə müdaxilə edərək, bu il 26 iyul Fərmanı ilə Nazirlər Kabinetinə "dövlət hesabına hüquqi yardıma görə məbləğin dəyişdirilməsi zərurətinin öyrənilməsini tapşırıb. Vəkillər Kollegiyası da təhlil apararaq vəkilə ödənilən haqqın 20 manat məbləğində müəyyən edilməsini təklif edib. Təklif Ədliyyə Nazirliyi tərəfindən də məqbul sayıb. Eyni zamanda Hüquq siyasəti və Dövlət quruculuğu komitəsində də işçi qaydada məsələ araşdırılıb. Müqayisə üçün nəzərinizə çatdırım ki, Türkiyədə işlərin xüsusiyyəti və işə baxılma mərhələlərinə uyğun olaraq bu məbləğ  90, Rusiyada isə 30 manatdan başlanır və artaraq dəyişir. Əlbəttə lokal reallıqları nəzərə almaq vacibdir və bu mənada təklif olunan 20 manat rəqəminin məqbul olması şübhə doğurmur. Bu mənada, hörmətli cənab Baş nazir, Sizdən komitəmiz adından məsələnin həlli üçün köməyinizi xahiş edirik”, - deputat noyabrın 13-də Milli Məclisin plenar iclasında büdcə müzakirəsi zamanı bildirib. 

Məhərrəmov həmçinin Biləsuvarda su çatışmazlığını diqqətə çatdıraraq fermlərin ziyana düşüdüyünü açıqlayaraq, müəyyən addımların atılmasını təklif edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol